Güləşçimiz Xasay Həsənli U-23 Avropa çempionatında gümüş medal qazanıb
Yunan-Roma güləşçimiz Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb.

Cempionatda 77 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz qitə birinciliyinə inamlı start verib. Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türk Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan X.Həsənli finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gəlib. Rəqibinə 3:6 hesabı ilə məğlub olan güləşçimiz Avropa ikincisi olub.

Xəbər 203 dəfə oxundu.