Millimiz Gürcüstan klubu ilə yoxlama oyununda qalib gəlib
Tbilisidə təlim-məşq toplanışını davam etdirən 16 yaşadək basketbolçulardan ibarət millimiz növbəti yoxlama oyununu keçirib.

Oyunda yerli “Akademiya komandası ilə üz-üzə gələn baş məşqçi Tahir Baxşıyevin yetirmələri parketdən 74:50 hesablı qələbə ilə ayrılıblar.

Qeyd edək ki, təlim-məşq toplanışı martın 17-dək davam edəcək.

Xəbər 161 dəfə oxundu.