Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
Bu gün Bakı şəhərinin Sabunçu rayonunda yerləşən Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub. Açılışda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova ilə Aliyə Paşayeva da iştirak ediblər.

Sakinlərin və idmançıların gündəlik qaçışlar etməsi, yüngül atletikayla məşğul olması üçün nəzərdə tutulan cığır iki zolaqdan ibarət, uzunluğu 725, eni isə 2.40 metr olan qaçış yolu xüsusi örtük materialından istifadə edilməklə quraşdırılıb.

Qaçış cığırı Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Holcim” ASC-nin birgə dəstəyi ilə, əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə istifadəyə verilib.

Xəbər 2171 dəfə oxundu.