Avstriya millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb
Futbol üzrə Avstriya yığmasının “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Estoniya millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Baş məşqçi Ralf Ranqnik heyətə 25 futbolçu dəvət edib.

Heyətdə qapıçılar - Niklas Hedl (“Rapid”, Vyana), Haynts Lindner (“Syon”, İsveçrə), Aleksander Şlager (LASK), müdafiəçilər - David Alaba (“Real Madrid”, İspaniya), Kevin Danso (“Lans”, Fransa), Filipp Lienhart (“Frayburq”, Almaniya), Filipp Muene (PSV, Niderland), Stefan Poş (“Bolonya”, İtaliya), Qernot Trauner (“Feyenoord”, Niderland), Maksimilian Vöber (“Lids”, İngiltərə), yarımmüdafiəçilər - Conas Oyer (“Rapid”, Vyana), Kristof Baumqartner (“Hoffenhaym”, Almaniya), Matias Honsak (“Darmştadt”, Almaniya), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi “Köln”, Almaniya), Konrad Laymer (“Leyptsiq”, Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Sabitzer (“Mançester Yunayted”, İngiltərə), Nikolas Seyvald (“Zalsburq”), Patrik Vimmer (“Volfsburq”, Almaniya), hücumçular - Junior Adamu (“Zalsburq”), Marko Arnautoviç (“Bolonya”, İtaliya), Mixael Qreqoritş (“Frayburq”, Almaniya), Karim Onisivo (“Maynts”, Almaniya) və Andreas Veymann (“Bristol Siti”, İngiltərə) yer alıblar.

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, üç gün sonra isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.

Xəbər 153 dəfə oxundu.