“Sumqayıt” yarımmüdafiəçi Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib
“Sumqayıt” futbol klubu yarımmüdafiəçi Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib.

21 yaşlı futbolçu ilə 2025-2026-cı il mövsümünün sonunadək anlaşma əldə olunub.

Qeyd edək ki, futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında qədəm qoyan S.Abdullazadə 15 yaşı olarkən, 2017-2018-ci il mövsümündə Premyer Liqada debüt edib. Premyer Liqada 79 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub. Futbolçu U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.

Xəbər 145 dəfə oxundu.