Basketbol üzrə Abşeron rayon çempionatının qalibləri mükafatlandırılıblar
Abşeron Rayon Gənclər və İdman İdarəsinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə tədbirlər planına əsasən “Heydər Əliyev İli”nə həsr olunmuş 17 yaşadək qızlar arasında idmanın basketbol növü üzrə Abşeron rayon çempionatının final mərhələsi keçirilib.

40 komandanın mükafata layiq yerlər uğrunda mübarizə apardığı çempionatın final mərhələsinə 8 komanda vəsiqə qazanıb.

Final yarışında birinci yeri “Xırdalan-1” komandası (Xırdalan şəhər 1 nömrəli tam orta məktəb), ikinci yeri “Pirəkəşkül” komandası (Pirəkəşkül tam orta məktəb), üçüncü yeri isə “Masazır-4” komandası (Masazır kənd 4 nömrəli tam orta məktəb) qazanıb.

Qaliblər Abşeron Rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olundular.

Xəbər 208 dəfə oxundu.