Ekvador yığması Feliks Sançesə tapşırılıb
Futbol üzrə Ekvador yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda Feliks Sançesə tapşırılıb.

Qırx yeddi yaşlı ispaniyalı mütəxəssislə üçillik müqavilə imzalanıb. Onun qarşısına komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatına çıxarmaq məqsədi qoyulub.

Xatırladaq ki, F.Sançes son olaraq Qətər yığmasını çalışdırıb. O, ötən il Qətərdə təşkil olunan mundialdan sonra bu komandadan ayrılmaq məcburiyyətində qalmışdı. Sançes Ekvador yığmasında Qustavo Alfaronu əvəz edib.

Xəbər 146 dəfə oxundu.