Futzal UEFA kubokunun elit raundunun oyunlarına start verilib | |
Futzal UEFA kubokunun elit raundunun oyunlarına start verilib. 3 qrupda 6 qarşılaşma baş tutub. İspaniya, Slovenya və Serbiyada keçirilən matçlarda ən böyükhesablı qələbə Azərbaycan təmsilçisi “Araz”ın da iştirak etdiyi A qrupunda qeydə alınıb. Belə ki, “Barselona” “Split”i 18:0 hesabı ilə məğlub edib. Daha bir maraqlı məqam qrup oyunlarına ev sahibliyi edən “Mursiya”, “Litija” və “Ekonomak”ın öz rəqiblərinə qalib gəlmələridir. A qrupu “Barselona” – “Split” 18:0 “Litija” – “Araz” 5:3 B qrupu “Ekonomak” – “Xrudim” 4:1 “Kayrat” – “Slov-Matik” C qrupu “Dinamo” Moskva – “Nikars” 7:2 “Mursiya” – “Energiya” 8:3 Qeyd edək ki, D qrupunun oyunları bu gün Gürcüstanda baş tutacaq. |
|
Xəbər 1011 dəfə oxundu. |
|
|