“Neftçi” klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb
“Neftçi” futbol klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.

Yubiley Azərbaycan Premyer Liqasının XXVI turuna təsadüf edib. Bakı klubu səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyib.

Paytaxt təmsilçisi ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıb. Komanda evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib.

Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub.

Qeyd edək ki, “Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Rekordçu olan Ağdam təmsilçisi 505 dəfə rəqibini məğlub edib.

Xəbər 180 dəfə oxundu.