Dünya kuboku: Gimnastımız Samirə Qəhrəmanova proqramını təqdim edib
Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir.

Təmsilçimiz Samirə Qəhrəmanova gimnastika tirində proqramını təqdim edib. Gimnastımızın çıxışı hakimlər tərəfindən 11,100 xalla qiymətləndirilib. Ümumi sıralamada 27-ci olan idmançımız finala vəsiqə qazana bilməyib.

Yarışlarda rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.

Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Turnirə martın 12-də yekun vurulacaq.

Xəbər 204 dəfə oxundu.