Futzal üzrə UEFA kubokunun elit-raundunun 1-ci turunda yeni rekord qeydə alınıb
Futzal üzrə UEFA kubokunun elit-raundunun 1-ci turunda yeni rekord qeydə alınıb. Bu Azərbaycan təmsilçisi “Araz”ın da mübarizə apardığı A qrupunda “Barselona” – “Split” qarşılaşmasında baş tutub.

Belə ki, Kataloniya klubu Xorvatiya təmsilçisini 18:0 hesabı ilə darmadağın etməklə digər İspaniya təmsilçisi 3 il bundan qabaq “İberiya Star”ı 12:0 hesabı ilə məğlub etmiş “Mursiya”nın rekordunu təzələyib. Bu nəticə elit-raund tarixinin ən böyükhesablı nəticəsi tarixə düşüb

Xəbər 849 dəfə oxundu.