Gimnastımız İvan Tixonov dünya kuboku yarışlarının təsnifat mərhələsində uğurla çıxış edib
Azərbaycan təmsilçisi İvan Tixonov Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında turnikdə proqramını təqdim edib.

Təmsilçimizin çıxışı hakimlər tərəfindən 13,933 xalla qiymətləndirilib. Hazırda gimnastımız birinci pillədə qərarlaşıb.

Yarışlarda rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.

Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.

Xəbər 182 dəfə oxundu.