Gimnastımız Nazənin Teymurova dünya kuboku yarışlarında çıxışını təqdim edib
Azərbaycan təmsilçisi Nazənin Teymurova Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında dayaqlı tullanma hərəkətlərdə çıxışını təqdim edib.

Gimnastımızın çıxışı hakimlər tərəfindən 12,833 xalla qiymətləndirilib və təmsilçimiz hazırda ikinci pillədə qərarlaşıb.

Turirdə rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.

Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.

Xəbər 174 dəfə oxundu.