“Turan Tovuz”un futbolçusu Xulu Siyanda CAR millisinə çağırılıb
“Turan Tovuz”un futbolçusu Xulu Siyanda növbəti dəfə Cənubi Afrika Respublikasının (CAR) millisinə çağırılıb.

32 yaşlı müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi üçün 35 nəfərlik ilkin heyətdə yer alıb.

Baş məşqçi Uqo Broos yekun heyəti gələn həftə açıqlayacaq. CAR millisi martın 19-da Yohannesburqda təlim-məşq toplanışına başlayacaq. Martın 24-də orada Liberiyanı qəbul edəcək komanda dörd gun sonra Monroviyada rəqibinin qonağı olacaq.

Qeyd edək ki, Xulu Siyanda 2012-ci ildən CAR millisinə çağırılır.

Xəbər 157 dəfə oxundu.