Konfrans Liqası: "Latsio" öz meydanında məğlub olub
Martın 7-də UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinə start verilib.

ilk matçda “Latsio” Romada Niderlandın “AZ Alkmar” klubu ilə qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:2. “Latsio”nun heyətində Pedro fərqlənib. “Alkmar”ın qollarına isə Vangelis Pavlidis və Miloş Kerkez imza atıblar.

Xəbər 222 dəfə oxundu.