Sərxan Hacıyev: “Qarabağ” klubunun cari mövsüm avrokuboklarda çıxışı uğurlu alındı
“Qarabağ” klubunun cari mövsüm avrokuboklarda çıxışı uğurlu alındı. Komanda zəfər yürüşünə UEFA Çempionlar Liqasında başladı. İlk üç rəqibini mübarizədən kənarlaşdırdı. Pley-offda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə dueldə məğlub oldu və mübarizəni UEFA Avropa Liqasında davam etdirdi. Ağdam təmsilçisi Konfrans Liqasının pley-offunda çıxış etdi.

Bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev martın 7-də qurumun hesabatında çıxışı zamanı deyib.

Baş katib bildirib ki, gələcəkdə həm “Qarabağ”, həm də digər klublar bizi sevindirəcəklərinə ümid edirik. Həmçinin, FIFA referi Əliyar Ağayev ilk dəfə Azərbaycanı UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil etdi. Onun idarəçiliyi müsbət rəy aldı.

Xəbər 156 dəfə oxundu.