“Şerif” – “Nitsa” matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

UEFA Avropa Konfrans Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasının baş hakimi Ə.Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Matç martın 9-da Moldovada oynanılacaq.

Xəbər 211 dəfə oxundu.