“Sabah” basketbolçularından daha bir qələbə
“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan çempionatının 20-ci turunun iki oyunu keçirilib.

Günün ilk oyunu “AAAF Xırdalan” və “Olimpik Şəki” basketbolçuları arasında olub. Oyunun ilk hissəsində başa-baş mübarizə getsə də, ikinci hissədə xırdalanlılar 100-77 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: “AAAF Xırdalan BK” (Deymon Makdouel - 35 xal, 6 ribaund ), “Olimpik Şəki BK” (Larri Robinson - 31 xal, 5 asist).

Günün ikinci oyununda iki paytaxt komandası – “Sabah BK” və “Sərhədçi PİK” üz-üzə gəlib. Əlavə vaxt verilən gərgin oyunun sonunda “Sabah” basketbolçuları 100-92 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: “Sabah BK” (Entoni Patti - 23 xal, 9 ribaund ), “Sərhədçi PİK” (Brendon Miller - 24 xal, 6 asist)

Qeyd edək ki, turun son oyunu martın 5-də Astara Olimpiya İdman Kompleksində “Zirvə Astara BK” – “Neftçi İK” arasında baş tutacaq.

Xəbər 224 dəfə oxundu.