FİFA 2022-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb | |
Beynəlxalq Futbol Federasiyası (FİFA) Fransanın "Paris Sen-Jermen" klubunun argentinalı hücumçusu Lionel Messini 2022-ci ilin ən yaxşı futbolçusu elan edib. Parisdə keçirilən mərasimdə ilk üçlüyə Messinin PSJ-dən komanda yoldaşı fransalı Kilian Mbappe və İspaniya "Real"ının fransız hücumçusu Kərim Benzema da daxil olub. Qeyd edək ki, Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib. |
|
Xəbər 190 dəfə oxundu. |
|
|