Azərbaycan karateçisi Birləşmiş Ərəb Əmirliklərində ikinci olub
Azərbaycan karateçisi Rumil Cəfərli Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirində gümüş medalını qazanıb.

16-18 yaşlı karateçilər arasında 76 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız yalnız finalda rəqibinə məğlub olaraq, ikinci yerlə kifayətlənib. Daha əvvəl U-21 yığmasının üzvü Nicat Kərimli (75 kq) gümüş medal əldə edib.

Qeyd edək ki, Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən sayılan yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparırlar.

Altmış yeddi ölkədən 1169 idmançının qatıldığı turnirdə Azərbaycanı 27 karateçi təmsil edir.

Xəbər 320 dəfə oxundu.