“Simurq” yoxlama oyunu keçirmək niyyətindədi
Premyer Liqada yaranan fasilədən yararlanmaq istəyən “Simurq” yoxlama oyunu keçirmək niyyətindədi. Zaqatala klubu bunun üçün ölkə xaricinə üz tuta bilər.
Belə ki, “Simurq”un Tiflis “Dinamo”su ilə qarşılaşacağı gözlənilir. Oktyabrın 15-ə planlaşdırılan görüş üçün zaqatalılar qonşu ölkənin paytaxtına səfər etməli olacaq.

Xəbər 808 dəfə oxundu.