Avropa Liqası: "Yuventus", "Sevilya", “Bayer” və "Sportinq" 1/8 finalda
Fevralın 23-də UEFA Avropa Liqasında onaltıdabir final mərhələsinin cavab oyunlarına start verilib.

ilkin olaraq "Yuventus", "Sevilya", “Bayer” və "Sportinq" rəqiblərindən üstün olaraq səkkizdəbir final mərhələsinə vəsiqə qazanıblar.

Cavab görüşlərində “Yuventus” səfərdə “Nant”ı 3:0 (ilk oyun 1:1), “Sportinq” “Müddelland”ı 4:0, “Bayer” isə “Monako”nu 3:2 (İlk oyun 2:3, penaltilərlə) hesabı ilə məğlubiyyətə uğradıblar. “Sevilya” isə səfərdə “PSV”yə 2:0 hesabı ilə uduzub. İlk oyunda öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gəlmiş “Sevilya” növbəti mərhələyə yüksəlib.


Xəbər 177 dəfə oxundu.