Kişi voleybolçular arasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib.

Həmin oyunlar fevralın 25-də və 28-də keçiriləcək.

Fevralın 25-də VI turdan təxirə salınmış “Xarı bülbül” - “Murov” qarşılaşması baş tutacaq. Oyun saat 15:00-da başlayacaq.

Fevralın 28-də isə VII turun təxirə salınan “Xarı bülbül” - MOİK matçı təşkil olunacaq. Bu görüşün start fiti saat 16:00-da çalınacaq.

Hər iki matç Voleybol Mərkəzində keçiriləcək.

Xəbər 294 dəfə oxundu.