Litva millisinin heyəti açıqlanıb
Litva millisinin heyəti açıqlanıb.Baş məşqçi Çaba Laszlo Lixtenşteyn və Bosniya və Hersoqovina ilə oyunlara 23 futbolçu çağırıb.
Baş məşqçi Azərbaycan Premyer Liqasını da unutmayıb. Belə ki, o, “Bakı”nın futbolçusu Deyvidas Çesnauskisi qarşıdakı oyunlara dəvət edib.
Ötən ay keçirilən oyunlara dəvət alan AZAL-ın hücumçusu Andrius Veliçka isə bu dəfə yığmadan kənarda qalıb. O, sentyabrın 11-də Yunanıstanla oyunda milli formanı geyinmişdi.
Qeyd edək ki, Litva oktyabrın 12-də Lixtenşteyn, dörd gün sonra isə Bosniya və Hersoqovina ilə qarşılaşacaq.

Xəbər 832 dəfə oxundu.