“Adana Dəmirspor” klubu yarımmüdafiəçisi Gökhan Töre ilə yollarını ayırıb
“Adana Dəmirspor” klubu yarımmüdafiəçisi Gökhan Töre ilə yollarını ayırıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Cari mövsümün əvvəlində Adana klubu ilə müqavilə bağlayan futbolçu 5 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Türkiyə yığmasının sabiq üzvü “Hamburq”, “Rubin, “Beşiktaş”, “Vest Hem” və “Yeni Malatyaspor”da da oynayıb.

Xəbər 166 dəfə oxundu.