İspaniya milli komandasının heyəti açıqlanıb
17 yaşadək oğlanlardan ibarət Azərbaycan yığmasının Bolqarıstanda keçiriləcək Avropa çempionatının seçmə mərhələsində rəqibi olan İspaniya milli komandasının heyəti açıqlanıb. İspanların baş məqçisi Santyaqo Denya 18 futbolçuya dəvət göndərib.

Qapıçılar: Santyaqo Vilarino (“Atletiko” Madrid), Estanislao Qarsia (“Real” Sosyedad)

Müdafiəçilər: Rodriqo Hiqon ( “Barselona”), Xose Manuel Sançes (“Almerya”), Antonio Molina (“Almerya”), Xuan Qarsia Rey (“Barselona”), Nikolas Qarsia (“Yuventus”), Xabier Quaş(“Barselona”)

Yarımmüdafiəçilər: Adama Diarra (“Barselona”), Aleks Peres (“Real” Madrid), Məhəmməd Quariçi (“Barselona”), Xoakin Moreno (“Almerya”), Roberto Olabe del Amo (“Real” Sosyedad), Pedro Burqos (“Valensiya)

Hücumçular: Roberto Manas (“Atletiko” Madrid), Xaviyer Quillen (“Vilyareal”), Yelko Karide (“Selta” Viqo), Xose Angel Pozo de la Rosa (“Mançester Siti”)

Qeyd edək ki, milli komandamız qrupda ilk oyununu oktyabr ayının 19-da İspaniyaya qarşı keçirəcək.

Xəbər 1069 dəfə oxundu.