Boksçumuz Malik Həsənov beynəlxalq turnirinə qələbə ilə başlayıb
Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirinə qələbə ilə başlayıb.

Turnirdə 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 final mərhələsi çərçivəsində Şpetim Bayokunu (Kosovo) məğlub edib. M.Həsənov rəqibinə 5:0 hesabı ilə qalib gəlib.

Boksçumuz səkkizdəbir finalda hindistanlı Şiva Tapa ilə döyüşəcək. Görüş fevralın 22-də baş tutacaq.

Qeyd edək ki, 40-dək ölkədən 398 boksçunun (256 kişi, 142 qadın) qatıldığı yarışa fevralın 26-da yekun vurulacaq.

Xəbər 194 dəfə oxundu.