“Neftçi”nin sabiq prezidenti “Roma” -“Zaltsburq” oyununa təyinat alıb | |
“Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb. O, İtaliyada “Roma” və Avstriyanın “Zaltsburq” komandası arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, fevralın 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk görüşdə Avstriya təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0. Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub. |
|
Xəbər 239 dəfə oxundu. |
|
|