Səudiyyə Ərəbistanından olan hakimlər Yüksək Liqanın oyununa təyinat alıblar | |
AFFA-nın inzibati binasında FIFA tərəfindən futzal hakimləri və hakim inspektorları üçün seminar keçirilir. Fevralın 22-dək davam edəcək seminar FIFA təlimatçısı Perri Qautier tərəfindən aparılır. Seminarda Səudiyyə Ərəbistanı Futbol Federasiyası tərəfindən göndərilmiş rəsmi müraciət məktubuna əsasən, iki futzal hakimi və bir hakim-inspektor da iştirak edir. Mübadilə proqramı əsasında Səudiyyə Ərəbistanından gələn hakimlər və hakim-inspektor Yüksək Liqanın XIV turunun “Alyans” – U-19 oyununa təyinat alıblar. |
|
Xəbər 169 dəfə oxundu. |
|
|