Yeniyetmə qılıncoynadanlarımız Avropa çempionatında mübarizəyə başlayırlar
Bu gün Estoniyanın paytaxtı Tallində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Avropa çempionatına start veriləcək.

Yarışın ilk günündə yeniyetmə qız sablyaçıların şəxsi yarışında Zərifə Hüseynova, Fərəh Abbasova, Fidan Quliyeva və Valentina Zeynalova mübarizə aparacaqlar.

Yeniyetmə şpaqaçı oğlanların şəxsi yarışında isə Mirxətai Məmmədov gücünü sınayacaq.

Xəbər 239 dəfə oxundu.