Basketbol üzrə Azərbaycan kuboku yarışlarının keçirilmə vaxtı açıqlanıb
Martın 21-26-da “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan kuboku yarışları keçiriləcək.

iki qrupda ümumilikdə 8 komandanın iştirakı ilə keçiriləcək yarış dairəvi sistemi üzrə oynanılacaq. Qruplarda ilk iki yeri tutmuş komandalar yarımfinala vəsiqə qazanacaqlar. Martın 26-da isə yarışın final oyunu keçiriləcək.

Qeyd edək ki, yarışın püşkatma mərasimi fevralın 21-də baş tutacaq və federasiyanın rəsmi yutub səhifəsindən canlı yayımlanacaq.

Xəbər 171 dəfə oxundu.