Leandro Andradenin qələbə qolu həftənin ən yaxşıları sırasında ilk üçlükdə yer alıb
“Qarabağ”ın futbolçusu Leandro Andradenin UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında “Gent”in qapısına vurduğu qol turnirdə həftənin ən yaxşı qolları arasında üçüncü olub.

Bu barədə UEFA Konfrans Liqasının rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.

Həftənin ən yaxşı qolu “Latsio”nun futbolçusu Çiro İmmobilenin ÇFR-ə vurduğu qol olub. “Fiorentina”dan Artur Kabralın “Braqa”ya vurduğu qol ikinci seçilib.

Qeyd edək ki, “Qarabağ” klubu ilə “Gent” arasında cavab oyunu fevralın 23-də Belçikada olacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər 176 dəfə oxundu.