“Qarabağ” klubunun “Gent”in təşəkkürünə cavabı gecikməyib
Ötən gün UEFA Konfrans Liqasının pley-off mərhələsində “Gent”ə qalib gələn “Qarabağ” Belçika təmsilçisinin təşəkkürünə cavab verib.

Bu haqda Ağdam təmsilçisi feysbuk səhifəsində paylaşım edib.

“Gent” bir neçə saat əvvəl sosial media hesabında paylaşım edərək “Qarabağ”a təşəkkür etmişdi. “Qarabağ” isə “Gent”in bu jestini belə cavablandırıb: “Biz sizə təşəkkür edirik! Dəyərinizə, isti münasibətinizə, oyununuza və ən əsası, centlmenliyinizə görə... Gentdə görüşənədək!”

Qeyd edək ki, “Qarabağ” klubu Bakıda “Gent”ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması fevralın 23-də Belçikanın Gent şəhərində olacaq.

Xəbər 180 dəfə oxundu.