“Gent” klubu “Qarabağ”a təşəkkür edib
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda ötən gün “Qarabağ”ın qonağı olan “Gent” Ağdam klubuna təşəkkür edib.

Belçika təmsilçisi bununla bağlı klubun feysbuk səhifəsində paylaşım edib.

Paylaşımda qeyd olunub: “Bizi qəbul etdiyiniz üçün təşəkkürlər, “Qarabağ”. Gözəl şəhər, sevimli insanlar, möhtəşəm oyun. Gələn həftə görüşənədək”.

Qeyd edək ki, “Qarabağ” klubu “Gent”ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.

Xəbər 189 dəfə oxundu.