144 nömrəli tam orta məktəbin şagirdləri həndbol turnirinin qalibi olublar
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 144 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli”nə həsr olunmuş həndbol turniri keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 144 nömrəli tam orta məktəbin komandası birinci olub. 314 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, 157 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev və 144 nömrəli tam orta məktəbin direktoru İlahə Həmidova iştirak ediblər.

Xəbər 280 dəfə oxundu.