“Kəpəz” – “Şamaxı” oyunu ilə Premyer Liqanın XXIII turuna start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.

ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

On dörd xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşan “Kəpəz” hesabında 16 xal olan və səkkizinci pillədə yer alan “Şamaxı”nı qəbul edəcək.

Qeyd edək ki, turun "Qəbələ" - "Sumqayıt" və "Neftçi" - "Səbail" matçları fevralın 18-də, "Zirə" - "Qarabağ" və "Sabah" - "Turan Tovuz" görüşləri isə fevralın 19-da keçiriləcək.

Xəbər 168 dəfə oxundu.