“Qarabağ” klubu Kabo-Verde millisinin üzvü ilə anlaşıb
“Qarabağ” daha bir futbolçunun keçidini həll edib.

Ağdam klubu Portuqaliyanın “Tondela” komandasının üzvü Telmi Arkanju ilə anlaşıb. Ancaq keçid yayda reallaşacaq.

İyirmi bir yaşlı yarımmüdafiəçi "Qarabağ"a azad agent kimi keçəcək. Onun hazırkı klubu ilə müqaviləsi məhz mövsümün sonunda başa çatacaq.

Kabo-Verde millisinin üzvü olan Arkanju bu mövsüm Portuqaliya İkinci Liqasında 16 matç keçirib, 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 185 dəfə oxundu.