“Qarabağ”ın “Gent”ə vurduğu qol həftənin ən yaxşıları sırasında yer alıb
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.

Siyahıda “Qarabağ”ın futbolçusu Leandro Andradenin Bakıda Belçikanın "Gent" klubuna vurduğu qol da yer alıb.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması fevralın 23-də gerçəkləşəcək.

Xəbər 198 dəfə oxundu.