“Barselona” futbolçu sarıdan ciddi problemlə üzləşib
“Barselona” futbolçu sarıdan ciddi problemlə üzləşib. Hazırda baş məşqçi Tito Vilanovanın rəhbərliyi altında 3 oyunçu məşq edir. Klub bazasında keçirilən məşqə qapıçı Xose Pinto, müdafiəçi Andre Fontas və yarımmüdafiəçi Conatan dos Santos gəlib.

Komandada belə çətinliyin yaranmağı qalan futbolçuların ya zədəli olmaları, ya da milli komandalara yollanmaqları ilə bağlıdır. Vilanova 3 futbolçu ilə məşq etməyin mümkün olmadığını görərək, onları Sequndada növbəti tura hazırlaşan ikinci komandaya göndərib.

Xəbər 919 dəfə oxundu.