“Qarabağ”ın yarımmüdafiəçisi həftənin ən yaxşı futbolçusu adına namizəddir
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Siyahıda “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb.

Monteneqrolu futbolçu ilə yanaşı, İtaliyanın “Fiorentina” komandasından Luka Yoviç, Kiprin AEK (Larnaka) klubundan Anxel Qarsiya və “Trabzonspor”dan Trezege bu ada iddia edirlər.

M.Yankoviç Bakıda Belçikanın “Gent” klubuna 1:0 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmənin müəllifi olub. Onun görüş ərzindəki ötürmələrinin 67 faizi dəqiq alınıb.

Qeyd edək ki, “Qarabağ” və “Gent” komandaları arasında cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.

Xəbər 130 dəfə oxundu.