Gürcüstanda ilk dəfə fristayl, xizəksürmə və snoubord idman növləri üzrə dünya çempionatı keçirilir
Fevralın 16-da Gürcüstanın Bakuriani bölgəsində ölkə tarixində ilk dəfə olaraq fristayl, xizəksürmə və snoubord idman növləri üzrə dünya çempionatı başlayıb.

Çempionatda dünyanın 40-dan çox ölkəsindən yüzlərlə idmançı iştirak edir.

Gürcüstan Xizəksürmə Federasiyasından bildirilib ki, çempionatda Azərbaycandan gələn mütəxəssislər və həvəskar idmançılar da iştirak edirlər.

Çempionat martın 5-dək davam edəcək.

Xəbər 195 dəfə oxundu.