Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazanıb
Azərbaycanın qadın atleti Yekaterina Sariyeva Serbiyanın paytaxtı Belqradda keçirilən “World Athletics Indoor Tour” (Silver Level) turnirində gümüş medal qazanıb.

Üçtəkanla tullanma növündə qüvvəsini sınayan idmançı 13.33 metr nəticəyə imza atıb. O, bu göstərici ilə fəxri

kürsünün 2-ci pilləsinə qalxıb.

Xəbər 135 dəfə oxundu.