Türkiyə millisinin sabiq üzvü dünya çempionatında geyindiyi formanı hərraca çıxarıb
Türkiyə millisinin sabiq üzvü İlhan Mansız ölkəsində baş verən zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün 2002-ci ildə keçirilmiş dünya çempionatının dörddəbir final mərhələsində Seneqalla matçda geyindiyi formanı hərraca çıxarıb.

O, bu barədə sosial şəbəkə hesablarında yazıb.

İlhan Mansız formanın ilkin qiymətinin 1 milyon türk lirəsi olduğunu bildirilib. Forma satışından əldə olunan gəlir zərərçəkənlərə dəstək üçün ayrılacaq.

Qeyd edək ki, Koreya Respublikası və Yaponiyanın birgə ev sahibliyi etdiyi dünya çempionatında Seneqal – Türkiyə oyununun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda fərqlənən İ.Mansız komandasının qələbə qolunu vurub – 1:0.

Xəbər 208 dəfə oxundu.