“Neftçi” klubu Gilyerme Pato ilə yollarını ayırmağa hazırlaşır
Bakının “Neftçi” klubu daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Gilyerme Pato tezliklə komandanı tərk edəcək.

Braziliya KIV-i 22 yaşlı hücumameyilli oyunçunun “Fiqueyrense” klubuna keçəcəyini iddia edib.

Qeyd edək ki, Gilyermo Pato cari mövsüm Azərbaycan Premyer Liqasında 12 oyunda 1 qol vurub. Futbolçu 2023-cü ildə heç bir matçda iştirak etməyib.

Xəbər 147 dəfə oxundu.