Batut və tamblinq üzrə ölkə çempionatında 100-dək gimnast mübarizə aparacaq
Fevralın 24-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə yeddinci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək.

Yarışda 94 idmançı (batut üzrə 62, tamblinq üzrə 32) medallar uğrunda mübarizə aparacaq.

Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu, 13 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edəcək idmançılar fərdi proqramda balacalar (2016-2017-ci il), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə yarışacaqlar.

Xəbər 152 dəfə oxundu.