Tələbələr Milli Paralimpiya Komitəsində təcrübə keçəcəklər
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri Milli Paralimpiya Komitəsində (MPK) təcrübə keçəcəklər.

Fevralın 15-də komitənin prezidenti İlqar Rəhimov Akademiyanın təcrübə keçəcək tələbələri ilə görüşüb.

İ.Rəhimov tələbələrə Azərbaycan Paralimpiya hərəkatının 27 ildə əldə etdiyi nailiyyətlər və Komitənin fəaliyyəti barədə məlumat verib. Daha sonra İ.Rəhimov tələbələrlə söhbət edib, onlara öz tövsiyələrini verərək uğurlar arzulayıb.

Görüşdən sonra tələbələr komitənin fəaliyyəti ilə tanış olub, qurum əməkdaşları tərəfindən onlar üçün iş bölgüsü aparılıb.


Xəbər 233 dəfə oxundu.