“Qəbələ”nin yarımmüdafiəçisi Rövlan Muradov yayda klubunu dəyişə bilər
“Qəbələ”nin yarımmüdafiəçisi Rövlan Muradov yayda komandasını dəyişə bilər.

Azərbaycan millisinə də cəlb edilmiş R.Muradovu istəyənlər arasında “Neftçi”nin də adı var. Yayda onun paytaxt klubuna keçidi gündəmdədir. Amma “Qəbələ” özü də ona müqavilə müddətini uzatmaq üçün təklif edəcək. Futbolçunun “Qəbələ” və "Neftçi" arasında hansı seçimi edəcəyi yayda dəqiqləşəcək.

Xəbər 251 dəfə oxundu.