Polşa – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb
Futzal üzrə dünya çempionatının əsas mərhələsinin altıncı qrupunda keçiriləcək Polşa – Azərbaycan görüşünə hakim təyinatları açıqlanıb.

Martın 7-də Koszalin idman zalında keçiriləcək oyunu Estoniya və Latviyadan olan hakimlər idarə edəcəklər.

Matçın əsas hakimi Yaqnar Yakobson (Estoniya) olacaq. Ona İnqus Purins (Latviya) və Qriqori Oşomkov (Estoniya) kömək edəcəklər. Matçın hakim-inspektoru Silvo Borosak (Sloveniya), UEFA nümayəndəsi Joao Roça (Portuqaliya) olacaqlar.

Xəbər 132 dəfə oxundu.