Boksçumuz Tural Sarıyev Macarıstanda bürünc medal qazanıb
Azərbaycan boksçusu Tural Sarıyev Macarıstanın Debretsen şəhərində beynəlxalq turnirdə yarımfinal döyüşünü keçirib.

Turnirdə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü finala gedən yolda Temirats Jusspovla (Qazaxıstan) qarşılaşıb.

Döyüş rəqibin qələbəsi ilə başa çatıb. T.Sarıyev yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, 26 ölkədən 294 boksçunun qatıldığı turnir sabah başa çatacaq.

Xəbər 255 dəfə oxundu.