AİPS-in təmsilçisi: “Qəbələ” klubu doğru yoldadır
Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə ölkəmizdə həyata keçirdiyi Gənc Reportyorlar Proqramının üzvləri Qəbələyə səfər ediblər. İdman.com.az saytı gabalafc.az-a istinadən xəbər verir ki, layihə çərçivəsində qonaqlar yerli futbil klubunun təlim-məşq bazası ilə tanış olublar. AİPS-in futbol şöbəsinin rəhbəri Keir Reydnic “Qəbələ”də gördüklərindən heyrətlənib:

“Burada çox mükəmməl layihələrin reallaşdırıldığının şahidi oldum və gördüklərim məni yaxşı mənada təəcübləndirdi. Əminliklə söyləyə bilərəm ki, “Qəbələ” klubu doğru yoldadır. Qəbələdə görülən işlər Azərbaycan futbolunun möhkəm təməllər üzərində inkişaf etməsini təmin edir. Həyata keçirilənlər təkcə futbolla bağlı deyil, bu həm də sosial prosesdir.

Belə gözəl, hər cür şəraitə malik bazanın tikilməsi uşaqlara futbolu sevdirir. Bu günün uşaqları isə gələcəyin potensial futbolçuları, məşqçiləri və azarkeşləridir. “Qəbələ”yə layihələrin reallaşdırılmasında uğurlar arzulayıram”.

Xəbər 1158 dəfə oxundu.